Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Azərbaycandan Türkiyəyə soğan idxalına qoyulan qadağa ləğv edilib

  Azərbaycandan Türkiyəyə soğan idxalına qoyulan qadağa ləğv edilib

Azərbaycandan Türkiyəyə soğan idxalına qoyulan qadağa ləğv edilib

Dərc Edildi
24 yanvar 2019

 

 

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə Azərbaycanda becərilən soğan məhsulunun “Zərərli Risk analizi“nin aparılması ilə bağlı müraciət edib. 

Agentlikdən FED.az-a verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra, Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. 

Risk təhlilindən sonra, uyğun şərtlər daxilində, Azərbaycandan Türkiyəyə soğan idxalına icazə verilib. Belə ki, ölkədən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.

Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırır ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbləri nəzərə alsınlar. İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.