Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Azərbaycanlı iş adamları Türkiyəyə pul yatırırlar - MƏBLƏĞLƏR

  Azərbaycanlı iş adamları Türkiyəyə pul yatırırlar - MƏBLƏĞLƏR

Azərbaycanlı iş adamları Türkiyəyə pul yatırırlar - MƏBLƏĞLƏR

Dərc Edildi
5 yanvar 2019

 

 

  2018-ci ilin ilk 11 ayında azərbaycanlılar tərəfindən Türkiyədə səhmdar kapitallı və məhdud məsuliyyətli 165 şirkət yaradılıb. Bu, 2017-ci ilin eyni dövründəkindən 36% çoxdur.

Bu barədə Türkiyə Ticarət Palatası və Birjalar Birliyi məlumat verib.

Ötən il Azərbaycan kapitalının iştirakı ilə şirkətlərin səhmdarları yeni şirkətlərə 53,1 milyon türk lirəsi investisiya qoyub. Bu, ötən ilin eyni dövründəkindən 2,7 dəfə çoxdur. Azərbaycanlı sərmayəçilər bu şirkətlərin kapitalına 45,3 milyon lirə investisiya qoyub. Bu, 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən 2,5 dəfə çoxdur.

Azərbaycanlılar əsasən topdan və pərakəndə satış şirkətləri, mehmanxana və restoran biznesinə kapital qoyub - 24 mln lirə.