Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

“Azərsun Holdinq”in Sınaq Laboratoriyası Avropada uğur qazandı

“Azərsun Holdinq”in Sınaq Laboratoriyası  Avropada uğur qazandı

“Azərsun Holdinq”in Sınaq Laboratoriyası Avropada uğur qazandı

Dərc Edildi
13 yanvar 2022

 “Azərsun Holdinq”in Sınaq Laboratoriyası ölkəmiz adına növbəti uğura imza atıb. Üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyaraq dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən məhsulların istehsalçısı olan şirkətlər qrupu Almaniyada təşkil edilmiş, 31 ölkədən dünyanın ən güclü 128 laboratoriyasının iştirak etdiyi 27-ci laboratoriyalararası qarşılıqlı sınaqlarda iştirak edib.

“Azərsun Holdinq” şirkətlər qrupuna aid laboratoriya, bu sınaqlarda yağlar üçün əsas analizlərdən sayılan, FFA, Peroksid ədədi, Yağ turşu tərkibi, Refraktiv indeks, Yod ədədi, Anizidin ədədi və zeytun yağlarında K-232, K-270 göstəricilərinin təyinində iştirak edərək yüksək nəticələr qazanıb.
“Azərsun Holdinq”ə məxsus laboratoriyanın əldə etdiyi yüksək göstəricilərin nəticəsidir ki, yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də, öz məhsullarının analizlərini etibar edir. Hazırda bu laboratoriya, Fransa, Polşa, Rusiya şirkətlərindən də nümunə qəbul edərək analizlər edir.
TÜİB Ailəsinin dəyərli üzvü olan “Azərsun Holdinq"in uğurları davamlı olsun.