Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir

  Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir

Dərc Edildi
11 dekabr 2018

 

 

   Bu gün Bakıda kənd təsərrüfatı üzrə Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb.

  FED.az xəbər verir ki, tədbirdən əvvəl kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlama verib.

  O, biznes-forumun türk iş adamlarını Azərbaycanın aqrar sektoruna cəlb etmək məqsədi daşıdığını bildirib.

   Nazirin sözlərinə görə, ötən gün Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə keçirdiyi görüşdə iki ölkə arasında əməkdaşlıq üçün bir sıra prioritet istiqamətlər müəyyən edilib: “Xüsusilə fındıqçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması, müasir texnologiyaların Azərbaycana transferi, innovasiyaların tətbiqi ilə bağlı müzakirələr apardıq. Həmçinin aqrar sığorta sahəsində Türkiyənin təcrübəsini nəzərdən keçirdik. Hazırda Türkiyə və digər dövlətlərin təcrübəsini nəzərə almaqla aqrar sığortaya dair yeni qanun layihəsi hazırlanır. İşlər yekunlaşdıqdan sonra onun tətbiqi ilə bağlı qərar qəbul ediləcək".