Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Bakıda Türkiyə Azərbaycan İqtisadi Əməkdaşlıq Simpoziumu təşkil edilib

Bakıda Türkiyə Azərbaycan İqtisadi Əməkdaşlıq Simpoziumu təşkil edilib

Bakıda Türkiyə Azərbaycan İqtisadi Əməkdaşlıq Simpoziumu təşkil edilib

Dərc Edildi
25 oktyabr 2018

 “Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir”.

 
 

 Bakıda Türkiyə Azərbaycan İqtisadi Əməkdaşlıq Simpoziumu təşkil edilib. Simpoziumda məqsəd, iki ölkənin, iqtisadi, siyasi, ictimai və mədəni keçmişə söykənən əlaqələrini inkişaf etdirmək və gələcəkdə ediləcək işbirliklərini təyin etmək.

 TİKA, iqtisadi Araşdırma Vəqfi, Birja İSTANBUL, TÜİB VƏ AZƏRSUN kimi təşkilat və qurumların dəstəyi ilə təşkil edilən Turkiyə Azərbaycan İqtisadi Əməkdaşlıq Simpoziumuna Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Türkiyə səfiri Erkan Ozoral, TÜİB İdarə heyəti Başçısı Hüseyin Büyükfırat və iqtisadiyyat , siyasət və akademiya dünyasından bir çox tanınmış insanlar qatılıb. 
 “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni üfüqləri” adlı tədbirdə TÜİB rəhbərli, iş adamı Hüseyin Büyükfırat, həyata keçən tətbiqlərdən nümunələr verərək qarşılıqlı sərmayələrdə diqqət edilməsi lazım olan həssaslığa toxunub. Hüseyin Büyükfırat, paneldeki çıxışında "İki ölkə arasında birlik inancı ətrafında yaranan bütün bu görüşlərin bir an əvvəl hərəkətə keçməsi üçün ancaq birlikdə çalışacağıq" deyib.

 Türkiyə Azərbaycan İqtisadi Əməkdaşlıq Simpoziumu çərçivəsində bu panelinin, digər Mühazirəçiləri arasında Türkiyədə beynəlxalq hüquq sahəsində fəaliyyət göstərən Vəkil Hakan Öncel, Türkiyə Bakı Mədəniyyət Müşaviri Dr. İrfan Cütçü, Tekfen Ölkə nümayəndəsi Tolga Küçükavşar və Caspian Eurpean Klub prezidenti Telman Əliyev də iştirak edib.

  Simpoziumdan sonra bir çox azərbaycanlı iş adamı yaxın zamanda Türkiyəyə, əsasən də Şanlıurfaya sərmayələrin qoyulması üçün ora ziyarətə gələcəklərini bildirib.  

“Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni üfüqləri” adlı tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, investisiyaların böyük hissəsi neft-qaz və neft emalı sahəsinə yerləşdirilib.

“Hər il iki ölkə arasında iqtisadi və ticarət əlaqələrində  münasibətlər genişlənir  və yeni sahələri əhatə edir. Azərbaycanın Türkiyəyə investisiyaları 14,5 milyard dollar həcmində dəyərləndirilir, bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə öz növbəsində Azərbaycana 11,8 milyard dollar yatırıb, bunun 9,1 milyard dolları neft sektoruna yerləşdirilib. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna 2,7 milyard dollar yerləşdirib və bu sahədə liderdir” – deyə Nazir müavini qeyd edib.

Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir.