Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub

Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub

Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub

Dərc Edildi
31 avqust 2017

   Türkiyənin milli bayramı - Zəfər gününün 95-illiyi münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin milli himnləri səsləndirilib, daha sonra bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edib.

Səfir tədbir iştirakçılarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın milli bayram münasibətilə təbrik məktubunu oxuyub.

Bildirilib ki, illər ərzində Türkiyə bir çox sınaqlardan keçib. Buna misal olaraq ötən ilin iyul ayının 15-də bir qrup şəxs tərəfindən ölkədə dövlət çevrilişi etmək cəhdi göstərilib.

E.Özoral bildirib ki, bu cəhdlərin qarşısı qətiyyətlə alınıb və çətinliklərə baxmayaraq, ölkə iqtisadi inkişafını uğurla həyata keçirir.

Səfirin sözlərinə görə, bu gün ölkə PKK, YPG və PYD terrorçuları ilə mübarizəni davam etdirir.