Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Bakıdakı səfirlik taksi xidməti axtarır – TENDER ELANI

Bakıdakı səfirlik taksi xidməti axtarır – TENDER ELANI

Bakıdakı səfirlik taksi xidməti axtarır – TENDER ELANI

Dərc Edildi
29 yanvar 2018

 

 

 

Böyük Britaniyanın Bakıdakı səfirliyi taksi xidmətləri üzrə təchizatçı şirkət axtarır. Bu barədə FED.azi səfirliyə istinadən məlumat verir.

Elana əsasən, təchizatçı şirkətlər yuxarıda qeyd olunan sahəyə qiymət təklifini verərkən həmçinin müxtəlif broşurlar və sair sənədləri təqdim edə bilərlər. Təchizatçı seçilərkən əsas amil ümumi təklif, xidmətin keyfiyyəti və sifarişçinin pulun səmərəli xərclənməsi olacaqdır. Seçilən təchizatçı şirkət Səfirliyin bir il ərzində üstünlük verdiyi taksi şirkəti olacaqdır.

Təklif aşağıdakılardan ibarət olmalıdır:

a) Aşağıda sadalanan üçün standart qiymət təklifi

 hər kilometr/zona üçün

 hava limanına gediş/gəliş

 gözləmə vaxtı

b)  mövcud olan avtomobil qarajı haqqinda məlumat (model, istehsal tarixi, oturacaq kəmərləri, təhlükəsiz yastıqları və s.)

c) 24 saat aktiv telefon həttinin mövcudluğu

d) kartla ödəniş etmək üçün POS terminalın mövcud olması

e) hazırkı müştərilərinizin siyahısını və eləcə də, əlaqə saxlamaq üçün ən azı üç müştərinin əlaqə məlumatını bizə təqdim etməyiniz xahiş olunur

 

Ümumi məlumat:

Təkliflərinizi yazılı surətdə Xəqani küçəsi 45A, Britaniya Səfirliyinin Korporativ Xidmətlər üzrə Menecerinə təqdim etməyiniz xahiş olunur. Təklifinizin lazımı məlumatlar və müvafiq sənədlərlə birlikdə təqdim etməyiniz xahiş olunur. Bütün təkliflər yuxarıda qeyd olunan məlumata əsasən təqdim olunmalıdır, telefonda açıqlamanın verilməsi mümkün deyil.

Təkliflərin son günü 15 fevral 2018-ci ildir.