Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Bəzi sahibkarlıq subyektlərinə güzəşt və imtiyazlar veriləcək

  Bəzi sahibkarlıq subyektlərinə güzəşt və imtiyazlar veriləcək

Bəzi sahibkarlıq subyektlərinə güzəşt və imtiyazlar veriləcək

Dərc Edildi
31 yanvar 2019

 

 

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər zamanı iki yeni anlayış əlavə edilib. 

FED.az xəbər  verir ki, bunu jurnalistlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Natiq Həsənov deyib.

N.Həsənovun sözlərinə görə, şirkətlərlə bağlı yeni meyarlar müəyyən olunacaq:

"Yeni əlavə olunan anlayışlar "KOB klaster şirkəti" və "KOB klaster şirkətinin iştirakçısı" anlayışlarıdır. "KOB klaster şirkəti" hansı meyarlara cavab verməlidir, hansı şirkətlər "KOB klaster şirkəti" sayıla bilər? Bununla bağlı qanunvericilikdə meyarlar müəyyən olunacaq. Bu meyarlar təsdiq edildikdən sonra həmin meyarlara cavab verən sahibkarlıq subyektləri bu güzəşt və imtiyazlardan istifadə edə biləcək".