Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

“Booking.com” Türkiyə bazarına geri qayıdır?

“Booking.com” Türkiyə bazarına geri qayıdır?

“Booking.com” Türkiyə bazarına geri qayıdır?

Dərc Edildi
14 fevral 2018

 

 

   Onlayn səyahət portalı "booking.com" yenidən Türkiyədə fəaliyyətə başlayacaq. Fins.az xəbər verir ki, şirkət “LinkedIn” platforması üzərindən elan edib ki, Türkiyə şöbəsi üçün nümayəndə axtarır. Qeyd edək ki, qonşu ölkədə “booking.com”un fəaliyyəti Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) şikayəti əsasında dayandırılmışdı.

Platformanın bağlanmasına səbəb kimi isə türk vətəndaşlarına Türkiyə sahillərindəki hoteləri (rezervasiya) satmağa başlaması olmuşdu. TÜRSABın rəsmisi ötən il verdiyi açıqlamada demişdi ki, haqsız rəqabətdən dolayı “booking.com” un fəaliyyətini dayandırmaq qərarı alınıb. Fəaliyyətləri dayandırılandan sonra belə şirkət ölkənin rəsmi şəxsləri ilə olan əlaqələri dayandırmamış, geri qayıtmaq prosesini sürətləndirməyə çalışmışdılar. Hələ bir ay bundan öncə, Mədəniyyət və Turizm nazirliyinin nümayəndəsi Ahmet Temurci bəyan etmişdi ki, “booking.com”un rəsmiləri ilə danışıqlar gedir: “Onlar müəyyən edilmiş cəzanı ödəməyə hazırdırlar. Səyahət platforması yaxın zamanda Türkiyə bazarına geri qayıdacaq”, - deyə nazirliyin sözçüsü mətbuata açıqlamasında demişdi.