Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Cocuq Mərcanlı layihəsi TÜİB-ə mükafat qazandrdı

Cocuq Mərcanlı layihəsi TÜİB-ə mükafat qazandrdı

Cocuq Mərcanlı layihəsi TÜİB-ə mükafat qazandrdı

Dərc Edildi
30 dekabr 2018

 

 Dekabrın 28-də Bakıda rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, iş adamlarının və ekspertlərin iştirakı ilə “Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı – 2018” adlı tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısının rəhbərliyi ilə sistemli islahatların 2018-ci ildə də davam etdirildiyini, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu keçdiyini, iqtisadiyyatın prioritet sahələrində müsbət nəticələrin əldə olunduğunu, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sənaye istehsalının və ixracının stimullaşdırılması və digər tədbirlər nəticəsində Azərbaycanın iqtisadi potensialının daha da artdığını qeyd edib.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dövlətimizin başçısının sərəncamları ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə təltif olunan 23 sahibkara medallarını, müxtəlif nominasiyalar üzrə seçilmiş 22 sahibkara İqtisadiyyat Nazirliyi tərəfindən verilən mükafatları təqdim ediblər.

Mükafatçılar arasında TÜİB başqanı Hüseyin Büyükfırat da olub. Türkiyə səfiri Erkan Özoralın himayəsində davam edən “Cocuq Mərcanlı İnkişaf Proyekti” nazirlik tərəfindən “Kiçik biznesə dəstək” ödülü ilə mükafatlandırılıb.

TÜİB başqanı Hüseyin Büyükfırat Cocuq Mərcanlı ilə bağlı mükafatlandırılmanı ilin ən anlamlı ödülü hesab etdiyini və onlara bu proyektə könül vermənin nə qədər anlamlı olduğunu bir daha xatırlatdığını bildirib.