Cocuq Mərcanlı Suvenir İstehsalı Müəssisəsi "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisində
Ana Səhifə

Dərc Edildi
21 oktyabr 2021
Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" - 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi öz işinə başlayıb.
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın da qatıldığı sərgidə KOBİA-nın stendində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində KOBİA, TÜİB və TİKA təşkilatlarının birgə dəstəyi ilə həyata keçirilən Suvenir İstehsalı Müəssisəsi və istixana təsərrüfatı barədə Azərbaycan Respublikasının Kənd təsəsrrüfatı naziri cənab İnam Kərimov və Ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayevə məlumat verilib.
İlk dəfə olaraq keçirilən "Rebuild Karabakh" sərgisində 20-yə yaxın ölkədən 280-ə yaxın yerli və xarici şirkətlər iştirak edir. Sərgidə Qarabağın inkişafı üçün səmərəli məhsul, layihə və həllər nümayiş olunur. "Rebuild Karabakh" sərgisi oktyabrın 22-dək davam edəcəkdir.