Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Cocuq Mərcanlıda QARDAŞLIQ bayramı - TÜİB-dən gözəl nümunə - FOTOREPORTAJ

Cocuq Mərcanlıda QARDAŞLIQ bayramı - TÜİB-dən gözəl nümunə - FOTOREPORTAJ

Cocuq Mərcanlıda QARDAŞLIQ bayramı - TÜİB-dən gözəl nümunə - FOTOREPORTAJ

Dərc Edildi
9 oktyabr 2017

 Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əsl bayram ab-havası yaşanıb.

Yenicag.az-ın Qarabağ torpağına ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil etdiyi səfər yerli əhali tərəfindən böyük coşqu ilə qarşılanıb.

Cocuq Mərcanlıya səfər edənlər arasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və onun xanımı da yer alıb.

Qonaqları qarşılayan Cəbrayıl rayon icra başçısı Kamil Həsənov, səfər üçün Erkan Özoral başda olmaqla, TÜİB üzvlərinə minnətdarlığını bildirib. Səfər Aprel döyüşlərində vətən uğrunda şəhid olan igidlərimizin abidəsini ziyarət etməklə başlayıb.

Daha sonra Cocuq Mərcanlıya yollanan qonaqlar buranın orta məktəbinin infrastrukturu ilə tanış olub, yaradılan şəraiti yüksək qiymətləndiriblər. Cocuq Mərcanlı tam orta məktəbə dəstək məqsədilə məktəbin kitabxanasına TÜİB üzvləri tərəfindən 1000 ədəd kitab hədiyyə edilib.

Məktəb önündə çıxış edən Erkan Özoral Türkiyə və Azərbaycanın iki qardaş ölkə olduğunu xatırlatmaqla yanaşı, Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunması yolunda Türkiyənin daima qardaş ölkənin yanında olduğunu qeyd edib. Səfərdə məmnunluq hiss keçirdiyini bildirən diplomat daha sonra Cocuq Mərcanlıda qəhrəmanlıq nümunəsi nümayiş etdirən kənd sakini Oqtay Həziyevin evində qonaq olub, çay süfrəsi arxasında söhbət ediblər.

Ardınca Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbiri və uşaqlar üçün “Çərpələng şənliyi” keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyinin və qardaş ölkənin şirkətlərinin yaxından dəstəyi ilə həyata keçirilən tədbir çərçivəsində yerli sakinlər üçün sürprizlər olub. “Çərpələng Bayramı» ilə yanaşı, müxtəlif oyunlar və animasiyalar da təşkil olunub.

TÜİB-in üzvü olan Türkiyənin dünya şöhrətli “DünyaGöz” xəstəxanasının Bakıdakı nümaynədəliyi tərəfindən yerli sakinlər üçün pulsuz göz müayinəsi təşkil edilib. Bu məqsədlə xəstəxananın müvafiq avadanlıqları Cocuq Mərcanlıya göndərilib.

Bundan başqa, TÜİB-in digər üzvü olan “Türk-Amerikan Medikal Center” tərəfindən yerli sakinlər üçün pulsuz sağlamlıq müayinəsi təşkil olunub.

Bayram şənliyində TÜİB-in üzvləri olan “Lime Catering” və “Büyükfırat” Qrupu tərəfindən yerli sakinlərə və səfər edənlərə yüksək keyfiyyətli yeməklər və türk dönəri servis edilib. İçkilər isə “Coca Cola” şirkəti tərəfindən ismarlanıb.

Səfər zamanı “TÜİB Cocuq Mərcanlıya Dəstək Qrupu” işləri çərçivəsində görülən işlərin nəticələri də müzakirə olunub. Kənddə həyata keçiriləcək layihələr yerli sakinlər və maraqlı tərəflərlə müzakirə olunub, bu işlər üçün “Yol xəritəsi” dəqiqləşdirilib. Xüsusilə, “Made in Jojug Marjanli” brendini yaradıb, dünyaya tanıtmaq müzakirələrin əsas mövzularından olub.

TUİB-in sədri, “Büyükfırat” Qrupunun prezidenti Hüseyin Büyükfırat Cocuq Mərcanlı məktəbinin direktoru Zamin Həziyevə plaket təqdim edib, onun gördüyü işləri yüksək qiymətləndirib.

“Biz inanırıq ki, yaxın gələcəkdə təkcə Cocuq Mərcanlıda deyil, Böyük Mərcanlı başda olmaqla, Qarabağın hər qarışında Azərbaycan bayrağı dalğalanacaq və biz burada keçirdiyimiz şənlikləri Cıdır düzündə təşkil edəcəyik”, deyə Hüseyin Büyükfırat qələbənin yaxın olduğuna inandıqlarını qeyd edib.

Direktor isə öz növbəsində qonaqlara səmimi münasibətləri üçün dərin minnətdarlını bildirib.

Tədbirin sonunda Cocuq Mərcanlı uşaqlarına Türkiyə və Azərbaycan bayraqları, sertifikatlar hədiyyə edilib, xatirə şəkili çəkdirilib.