Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Daşkənddə Türk İşgüzar Şurasının iclası keçirilib

Daşkənddə Türk İşgüzar Şurasının iclası keçirilib

Daşkənddə Türk İşgüzar Şurasının iclası keçirilib

Dərc Edildi
7 oktyabr 2019

 Oktyabrın 5-də Daşkənddə Türk İşgüzar Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, müşahidəçi kimi Macarıstan və qonaq qismində Türkmənistan nümayəndələri iştirak ediblər.

Görüşü Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Adxam İkramov açaraq Türk Şurasına daxil olan ölkələr arasında əlaqələrin daha da inkişafı məsələlərinə toxunub. O, ölkəsinin Türk Şurasına daxil olmasını əlamətdar hadisə adlandırıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev son vaxtlar bu istiqamətdə görülən işlər haqqında məlumat verib, Daşkənddə, Nur-Sultanda keçirilən görüşlərin əhəmiyyətindən danışıb, Türk Şurasının Bişkekdə keçirilən Sammitini yüksək qiymətləndirib. O deyib ki, Budapeştdə Türk Şurasının ofisinin açılması da mühüm hadisədir. Baş katib yaxın vaxtlarda Macarıstan və Türkmənistanın da Türk Şurasına üzv olmasına ümid etdiyini bildirib.

Türkiyə Ticarət Palatası və Birjasının prezidenti, Türk Şurası Ticarət-Sənaye Palatasının sədri Rifat Hisarçıklıoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb. O deyib ki, Türk Şurasının yaradılması bu ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına təkan verir. Türk Şurasına daxil olan ölkələr arasında əsas problem xarici ticarət dövriyyəsinin çox aşağı olmasıdır. Çalışmalıyıq ki, bu həddi yuxarı qaldıraq.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirakçıları oktyabrın 14-15-də Türk Şurasının Zirvə Görüşü çərçivəsində keçiriləcək biznes foruma dəvət edib. O deyib: “Sevindirici haldır ki, türkdilli dövlətlər arasında ticarət əlaqələri gündən-günə güclənir və elə bilirəm ki, bu sahədə hələ çox işləməliyik. Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan türkdilli ölkələrin iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyub və bu istiqamətdə işimiz davam etdiriləcək”.

Qazaxıstan, Qırğızıstan və Macarıstanın nümayəndələri bu istiqamətdə görülən işlərdən danışıb, Türk Şurasının dirçəldilməsi ilə bağlı təkliflərini veriblər.

Daşkənddə Türk İşgüzar Şurasının iclası keçirilib
Daşkənddə Türk İşgüzar Şurasının iclası keçirilib