Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Dövlət Bayrağı Muzeyi tender elan edir

Dövlət Bayrağı Muzeyi tender elan edir

Dövlət Bayrağı Muzeyi tender elan edir

Dərc Edildi
21 iyun 2017

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi

Açıq Tender  Elan  Edir

Lot–1.   Hədiyyəlik suvenirlərin və malların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə tender komissiyasına təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən şəxslər tenderdə iştirak haqqını aşağıdakı  hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının ərazisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyinin ofisindən (əlaqələndirici şəxs - Vüsal Cəfərli, tel.:(012) 404-95-96) ala bilərlər.

Tenderdə iştirak haqqı: 500 (beş yüz) manatdır.

TƏŞKİLAT: AR DBİ DÖVLƏT BAYRAĞI MUZEYİ
H/H: AZ69AIIB38090019440071684118
VÖEN: 1701243931
BANK: “KAPİTAL BANK” ASC-NİN  GƏNCLİK FİLİALI
KOD: 200189
VÖEN: 9900003611
M/H: AZ37NABZ 01350100000000001944
SWİFT BİK: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi  vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçıların tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 iyul 2017-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 19 iyul 2017-ci il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının ərazisində tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 20 iyul 2017-ci il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının ərazisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyinin ofisində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası