Dövlət Miqrasiya Xidməti tender elan edir
Dövlət Miqrasiya Xidməti tender elan edir
29 dekabr 2017
DÖVLƏT MIQRASIYA XIDMƏTI AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 2 lot üzrə keçirilir::
lot 1 - Dəftərxana, təsərrüfat ləvazimatları və təsərrüfat malları
lot 2 - Katriclərin alınması, doldurulması və təmiri üzrə işlər
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 (Əlaqələndirici şəxs :Gülsüm İsmayılova, telefon :(+99412) 565-61-18 (daxili 255)) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 350 manat
lot 2 - 300 manat
| Hesab: | AZ38CTRE00000000000004518570 |
| VÖEN | 1700760271 |
| Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
| Kodu: | 210005 |
| VÖEN: | 1401555071 |
| M/H: | AZ41NABZ01360100000000003944 |
| S.W.İ.F.T: | CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-02-01 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-02-12 10:00qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-02-14 15:00 tarixində Bakı şəhəri, Binəqədi rayonu 3123-cü məhəllə, Binəqədi şossesi 202, Dövlət Miqrasiya Xidmətinin inzibati binası ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI