Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

  Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

Dərc Edildi
25 dekabr 2018

 

  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya dəvət edib.

  “Reuters” xəbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.

Onun sözlərinə görə, Ərdoğan bu təklifi dekabrın 14-də prezidentlər arasında baş tutan telefon söhbətində irəli sürüb.

Öz növbəsində, Ağ Ev rəsmiləri Trampın Türkiyə prezidenti ilə görüşməyə hazır olduğunu bildirsə də, hələlik hər hansı tədbirin planlaşdırılmadığını qeyd ediblər.

Xatırladaq ki, telefon danışığında hər iki lider YPQ və PYD qruplaşmalarının Suriyadakı fəaliyyəti ilə bağlı müzakirələr aparıb.

Bu həftə amerikalı hərbçilərdən ibarət nümayəndə  heyətinin Türkiyəyə səfər edərək, ABŞ qüvvələrinin Suriyadan çıxarılması və digər mövzularda danışıqlar aparacağı gözlənilir.