"Gəncə İş Adamları" İctimai Birıiyi (GİA) TÜİB-də
"Gəncə İş Adamları" İctimai Birıiyi (GİA) TÜİB-də
Dərc Edildi
2 noyabr 2021
02.11.2021 tarixində "Gəncə İş Adamları" İctimai Birıiyi (GİA) ilə TÜİB arasında görüş keçirilib.
GİA idarə heyətinin sədri Zəfər Məmmədov və idarə heyəti üzvləri TUİB idarə heyətinin sədri Hüseyın Büyükfiratı ziyarət edib.
Görüş zamanı GİA idarə heyətinin sədri Zəfər Məmmədov birliyin fəaliyyəti, missiyası və gələcək planları barədə, həmçinin Gəncə şəhərinin infrastrukturu haqqında əhatəli məlumat verib.
Azərbaycandakı iş adamlarının fəaliyyətlərinin genişlədirilməsi, iki qardaş ölkə sahibkarları arasında əlaqələrin daha da inkişaf etdirilməsi və investisiya qoyuluşlarının həcminin artırılması istiqamətində görülə biləcək işlərin önəmindən bəhs edən
TÜİB idarə heyətinin sədri Hüseyin Büyükfırat , yeni təsisi edilən Gəncə İş Adamları İB-nin idarə heyətini və üzvlərini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar diləyib. H.Büyükfırati gələcəkdə TÜİB və GİA əməkdaşlığının hər iki tərəf üçün uğurlu olacağına və Azərbaycan və Türkiyə iqtisadi əlaqələrinin inkişafına müsbət təsir edəcəyinə inandığını bildirib.
Sonda xatirə fotosu çəkilərək, hədiyyə təqdim olunub.
