Huner Group -un təsisçisi və direktoru Ehtiram Quliyev Sivas tələbələri ilə
Huner Group -un təsisçisi və direktoru Ehtiram Quliyev Sivas tələbələri ilə
Dərc Edildi
25 fevral 2022
TÜİB Ailəsinin dəyərli üzvlərindən Huner Group -un təsisçisi və direktoru Ehtiram Quliyev, "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformamız çərçivəsində Türkiyənin Sivas Cumhuriyyət Universitetində təhsil alan şəhid və qazi ailə üzvləri olan tələbələrlə görüşüb.
Ehtiram Quliyev şərəfli yol keçən bu ailələri təmsil edən gənclərə yüksək ali təhsil alıb cəmiyyətimizdə layiqli yer tutmaları, gələcək həyatlarında daha da uğurlu olmaları üçün öz tövsiyələrini verdi.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən tələbələr əminliklə bildiriblər ki, elmin dərinliklərini mənimsəmək, yüksək davranış sahibİ olmaq onların həyat amalıdır. Bu yolda onlara dəstək olanlara dərin təşəkkürlərini bildirdilər.