İçərişəhər İdarəsi tender elan edir
İçərişəhər İdarəsi tender elan edir
14 fevral 2018
İÇƏRIŞƏHƏR DÖVLƏT TARIX-MEMARLIQ QORUĞU İDARƏSI ELMI-MƏDƏNI MƏRKƏZ (İKINCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 2 lot üzrə keçirilir::
lot 1 - Tədbirlərin və konfransların keçirilməsi işləri
lot 2 - Sair xərclər üzrə
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İçəri Şəhər, V.Məmmədov 16 (Əlaqələndirici şəxs :Allahverdiyev Kəmbiz Çingiz oğlu, telefon :(012) 497-64-81) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 150 manat
lot 2 - 150 manat
| Hesab: | AZ11IBAZ38060019446074502204 |
| VÖEN | 1700852341 |
| Bank: | Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı |
| Kodu: | 805722 |
| VÖEN: | 9900001881 |
| M/H: | AZ03NABZ01350100000000002944 |
| S.W.İ.F.T: | IBAZAZ2X |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-03-02 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-13 17:00qədər Bakı şəhəri, İçəri Şəhər, V.Məmmədov 16 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-03-14 11:00 tarixində Bakı şəhəri, V.Məmmədov 16 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI