İstanbul birjası Trampın hədələrindən sonra - ÖZÜNƏ GƏLDİ
İstanbul birjası Trampın hədələrindən sonra - ÖZÜNƏ GƏLDİ
Dərc Edildi
16 oktyabr 2019
İstanbul birjası oktyabr ayının 15-də 1,36% yüksələrək, BİST 100 indeksində 95 257,61 bala qalxdı. FED.az xəbər verir ki, BİST 100 indeksi 1 276,22 bal artaraq, ümumi əməliyyat həcmi 7,5 milyard lirə olub. Bankçılıq indeksi 2,59%, holdinq indeksi 1,57% dəyər qazanıb. Sektor indeksləri arasında ən çox qazandıran 3,44%-lə maliyyə lizinqi, faktorinq, ən çox geriləyən isə 0,23% ilə inşaat olub.
Xatırladaq ki, 15-16 oktyabr tarixində demək olar ki, dollar-lirə məzənnəsində dəyişiklik olmayıb.