Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

İstanbul birjasında yeni təyinat olub

İstanbul birjasında yeni təyinat olub

İstanbul birjasında yeni təyinat olub

Dərc Edildi
22 oktyabr 2019

 

ABŞ-da 3 il həbsdə yatdı – İSTANBUL BİRJASININ RƏHBƏRİ OLDU 

 FED.az xəbər verir ki, yeni təyin olunan şəxs Hakan Atilladır.

O İrana qarşı sanksiyalar olmasına baxmayaraq onları pozan, buna görə də 3 il ABŞ-da məhbus həyatı yaşasa da Ərdoğan hökümətini satmayan şəxs kimi tanınır.

Onun yeni təyinatı barədə ilk məlumatı Türkiyənin Xəzinə və Maliyyə Naziri Berat Albayrak öz tvitter səhifəsində yazıb.

 Hakan Atilla'nın İstanbul Birjasına direktor olmasını nazir bu cür şərh edib.

“Hak haqsız bir məhkumiyyətdən sonra ailəsinə və ölkəsinə qovuşan Hakan Atillanın qalan dövrünün bitdi. Birja İstanbul direktoru təyin edildi. Bu missiyanın həm onun, həm də Biz üçün xeyirli olmasını arzulayıram. "

Yeni təyinatla bağlı İstanbul birjası da məlumat yayıb. Belə ki, məlumatda qeyd olunur ki, “Mehmet Hakan Atilla,  Borsa İstanbul AŞ İdarə heyəti iclasında baş direktoru seçilib. Murat Çətinqayanın, 30 avqust 2019 tarixində Türkiyə Respublika Mərkəz Bankı Başçı müavini təyin olunmasından sonra Baş direktor və İdarə heyəti üzvlüyünə Mehmet Hakan Atilla seçilib.”

O Bank Kartları və Nağd İdarəetmə şöbələrində mütəxəssis, Strateji Planlaşdırma İdarəsində Direktor və şöbə müdiri, Maliyyə İnstitutları və İnvestorlarla Əlaqələr Departamentində müdir, Halk Yatırımda Audit Komitəsinin üzvü, Halk Emeklilik və Halkbank Makedoniya İdarə heyəti Üzvü olaraq İdarə Heyətinin Sədri vəzifəsini icra edib.

Həmçinin Mehmet Hakan Atilla 2011-2018 illəri arasında Halkbank'ın Beynəlxalq Bankçılıq üzrə məsul vitse-prezidenti vəzifəsini də icra edib.

 

Qeyd edək ki, Mehmet Hakan Atillanın Türkiyəyə sadiq qalması nəticəsində onun ölkəyə qayıtması böyük təmtəraqla qeyd olunub.