Kadıköydə 'Qarabağ könlümüzdəsən' pankartı açılıb
Kadıköydə 'Qarabağ könlümüzdəsən' pankartı açılıb
31 oktyabr 2017
Fənərbağça- Kayserispor futbol komandalarının qarşılaşmasında açılan pankart diqqət çəkib.
Türkiyə Süper Liqasının 10-cu həftəsinin son oyununda Fənərbağça Kadıköydə Kayserisporu qəbul edərkən tribunada 'Qarabağ könlümüzdəsən' pankartı açılıb.
Ülkər Stadionunda gerçəkləşən qarşılaşmada Fənərbağça İdman Klubu Azərbaycana və Qarabağ futbol komandasına dəstək vermək üçün 'Qarabağ könlümüzdəsən' pankartının oyun zamanı tribunada asılmasına icazə verib.
Bu özəl pankart TÜİB Rəhbəri Hüseyin Büyükfırat ve Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə açılıb.
Bu pankart Ermənistan tərəfinin Azərbaycan və Türkiyə arasındakı dostluq əlaqələrinin pozması təşəbbüslərinə böyük bir zərbə olaraq dəyərləndirilib.