Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Ölkədəki fərdi sahibkarların sayı - AÇIQLANDI

Ölkədəki fərdi sahibkarların sayı - AÇIQLANDI

Ölkədəki fərdi sahibkarların sayı - AÇIQLANDI

Dərc Edildi
18 oktyabr 2019

 Oktyabrın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 903 mini keçib.

 Dövlət Statistika Komitəsindən  bildirilib ki, hesabat dövründə hər 6 fərdi sahibkardan 5-i “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,3 faiz), Aran (20,3 faiz), Gəncə-Qazax (13,7 faiz) və Lənkəran (9,8 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,3 faizini kişilər, 21,7 faizini isə qadınlar təşkil edib.

Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26,9 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,6 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 32,6 faizi Bakıda, 17 faizi Aran, 16,4 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,4 faiz), Gəncə-Qazax (26 faiz) və Lənkəran (22,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Azərtac