OSTİM Dərnəyinin üzvləri TÜİB-də görüş keçirib
OSTİM Dərnəyinin üzvləri TÜİB-də görüş keçirib
29 noyabr 2019
Noyabrın 27-də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyində (TÜİB) Türkiyənin OSTİM Bərpaolunan Enerji və Ekoloji Texnologiyalar Klasterləri Dərnəyinin (OSTİM Yenilenebilir Enerji ve Çevre Teknolojileri Kümelenmesi Derneği) üzvləri ilə görüş keçirilib.
OSTİM Dərnəyinin Azərbaycana biznes səfəri Türkiyə Cümhuriyyətinin Ticarət Nazirliyi tərəfindən dəstəklənən URGE Layihəsi çərçivəsində həyata keçirilib.
TÜİB-in konfrans salonunda keçirilən tədbirdə TÜİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat, İdarə heyəti üzvü Selim Akbay, digər TÜİB üzvləri, səfərə gəlmiş nümayəndə heyətinin rəhbəri Dərnəyin İdarə heyətinin sədri Yaşar Çelik, nümayəndə heyətinin digər üzvləri, eləcə də Sumqayıt Kimya Sənaye Parkı MMC-nin səlahiyyətli şəxsləri iştirak edib.
Qeyd edək ki, səfərə gələn nümayəndə heyətinə enerji, bərpa olunan enerji, təhlükəsizlik texnologiyaları, qazlaşdırma, kömür və biokütlə enerjisi, sənaye isitməsi, toz təmizlənməsi, kimya və sair sahələri təmsil edən 11 şirkət daxil idi.
Toplantıda 1967-ci ildən fəaliyyət göstərən OSTİM Dərnəyi, onun fəaliyyətləri və üzvləri, nümaynədə heyətini Azərbaycan iqtisadiyyatı ilə bağlı maraqlandıran məqamlar barədə geniş məlumat verildi. Nümayəndə heyətinə daxil olan şirkətlər Azərbaycada yatırım və əməkdaşlıq imkanları, o cümlədən Sumqayıt Kimya Parkı ilə əməkdaşlıqla bağlı müzakirəl aparıblar.
TÜİB sədri Hüseyin Büyükfırat ölkədəki investisiya mühiti, bərpa olunan enerji və ekoloji texnologiyalarla bağlı Azərbaycanda aparılan dövlət siyasəti barədə qonaqlara məlumat verib. Olduqca fəal və işgüzar mühitdə keçən görüşdə nümayəndə heyəti üzvlərini maraqlandıran suallara aydınlıq gətirilib. Toplantıdan sonra tərəflər arasında B2B formatda danışıqlar aparılıb.



