“Proaktiv” Şirkətinin direktoru TÜİB-də
“Proaktiv” Şirkətinin direktoru TÜİB-də
7 fevral 2019
Azərbaycanda PR fəaliyyəti ilə məşğul olan “Proaktiv” Şirkətinin direktoru Şahanə Sarı TÜİB-i ziyarət edib. Şirkətinin fəaliyyəti və hədəfləri barədə TÜİB sədri Hüseyin Büyükfırata məlumat verən Ş.Sarı TÜİB ilə əməkdaşlıq və birgə lahiyə imkanları barədə fikirlərini bildirib.
TÜİB-ə üzv olmaq barədə müraciətini də Hüseyin Büyükfırata təqdim edən “Proaktiv” Şirkətinin rəhbəri bildirib ki, onlar Azərbaycan ilə Türkiyə arasında önəmli körpü rolunu oynayan bu çatı altında fəaliyyətlərini daha innovativ şəkildə quracaq və hər iki ölkənin maraqlarına uyğun lahiyələr ortaya qoyacaqlar.
Görüşdə TÜİB İdarə Heyətinin üzvləri Selim Akbay və Ramiz Askeroğlu da iştirak ediblər.