Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

“Qardaş Ailə” layihəsi çərçivəsində Türkiyədən gələn şəhid ailələri Qarabağda!

“Qardaş Ailə” layihəsi çərçivəsində Türkiyədən gələn şəhid ailələri Qarabağda!

“Qardaş Ailə” layihəsi çərçivəsində Türkiyədən gələn şəhid ailələri Qarabağda!

Dərc Edildi
18 yanvar 2024
“Qardaş Ailə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən qarşılanan qonaqlara qədim tarixə malik Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən, əsrlər boyu Azərbaycan və türk xalqlarının həmişə bir-birinə dəstək olduğu, sıx əməkdaşlıq etdiyi barədə danışılıb. 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyan haqqında məlumat verilib. Qonaqlar səfər çərçivəsində Dövlət Rəmizləri Muzeyində, Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev muzeyində olub, Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olublar. Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” qəhrəman şəhid oğullarının və “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində həyatını itirən şəhidlərin xatirəsinə ağac əkilib. Səfər çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi ziyarət edilib. Uzun illərdən sonra doğma torpaqlarında-Talış bölgəsində məskunlaşan ailənin qonağı olan şəhid ailələri isti münasibətlə qarşılanıb. Həmçinin Tərtərin N saylı hərbi hissəsini ziyarət edən qonaqlar, əsgərlər tərəfindən təmtəraqlı şəkildə qarşılanıb, onlarla yaxından tanış olub və axşam yeməyi birlikdə edilib. Korpus komandiri general-mayor Bilal Çompuzov qonaqlara təşəkkürünü bildirib. Qeyd edib ki, keçirilən tədbirin əsas məqsədi hər iki dövlətin şəhid ailələri arasında münasibətlərin qurulmasını təmin etmək və mövcud əlaqələri daha da möhkəmləndirməkdir.
“Qardaş Ailə” layihəsi çərçivəsində Türkiyədən gələn şəhid ailələri Qarabağda!
“Qardaş Ailə” layihəsi çərçivəsində Türkiyədən gələn şəhid ailələri Qarabağda!