Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Satış Təmsilçisi

Satış Təmsilçisi

Satış Təmsilçisi

Dərc Edildi
13 iyun 2017

Mr.fix haqqında qısa məlumat

“KARTAŞ LTD” MMC  2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix  adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm  tikinti kimyəviləri istehsalçısına çevirmişdir.

Mr.fix adı altında kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.

ƏSAS ÖHDƏLİKLƏRİ:

• Məhsulların satışını və tanıtma işlərini təşkil etmək;
• Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və mənfəət hədəflərinə çatmaq;
• Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı    məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
• Müştərilərə gedəcək sənədlərin (kommersiya təklifi, müqavilə və digərləri ) vaxtında hazırlanmasına nəzarət etmək və müştəriyə çatdırmaq;
• Şirkətə yeni müştərilər qazandırmaq;
• Şirkətin keçirdiyi kampaniyalar haqqında müştərilərə ətraflı məlumat vermək;
• Daimi olaraq müştəri ziyarətlərini təşkil etmək;
• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
• Gündəlik satış hesabatlarını təqdim etmək.

TƏLƏBLƏR:

• 25-35 yaşlarında;
• Satış sahəsində ən az 3 il təcrübəsi olan;
• Regionları yaxşı tanıyan;
• Regionlara ezamiyyətə çıxa bilən;
• Dəqiq və işinə qarşı məsuliyyətli olan;
• Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti;
• İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan;
• Ofis proqramı biliyi (Microsoft word, excel);
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• B kateqoriya sürücülük vəsiqəsi olan.

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün  hr@mrfix.az  e-poçtuna mövzu hissəsinə "Satış Təmsilçisi" qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.