Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Son 5 ildə 4328 azərbaycanlı Türkiyədə mənzil alıb

Son 5 ildə 4328 azərbaycanlı Türkiyədə mənzil alıb

Son 5 ildə 4328 azərbaycanlı Türkiyədə mənzil alıb

Dərc Edildi
8 oktyabr 2019

 Türkiyədə ötən 5 il ərzində 6 milyon 584 min mənzil satılıb.

Azərtac xəbər verir ki, bu əmlakların 1 milyon 154 mini İstanbulda, 691 mini Ankarada və 388 mini İzmirdə alınıb. Son 5 il ərzində ən çox mənzil 2017-ci ildə satılıb və sayı 1 milyon 409 min 314 təşkil edib.

Bu müddət ərzində xarici vətəndaşlara satılan mənzillərin sayı 137 min 869 olub. Cari ilin 8 ayında xaricilərə satılan mənzil sayı ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artıb. Ötən 5 il ərzində 4 min 328 azərbaycanlı Türkiyədə mənzil sahibi olub.

Xarici vətəndaşlar tərəfindən ən çox əmlak Türkiyənin Antalya şəhərində alınıb. Onların sırasında ilk yerdə iraqlılar dayanır. Bundan əlavə Türkiyədə əmlak alan xaricilər arasında Səudiyyə Ərəbistanı, Küveyt, İran, Rusiya, Əfqanıstan, Almaniya, İngiltərə, Azərbaycan və Ukrayna vətəndaşları da var.