Tokat - Zile Ticarət və Sənaye Palatasının sədri və üzvləri TÜİB-də
Tokat - Zile Ticarət və Sənaye Palatasının sədri və üzvləri TÜİB-də
Dərc Edildi
27 may 2022
27.05.2022-ci il tarixində Tokat - Zile Ticarət və Sənaye Palatasının sədri və üzvləri TÜİB-i ziyarət edib.
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat , Tokat - Zile Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Necati Bice və hər iki qurumun idarə heyətlərinin üzvləri arasında görüş keçirilib.
Görüş zamanı Tokat - Zile Ticarət və Sənaye Palatasının İdarə Heyətinə TÜİB fəaliyyətləri haqqında və Azərbaycanda investisiya imkanları, dəstək və təşviqlər barədə məlumat verilib.
Görüşdə tərəflər Azərbaycana investisiya axınının cəlb edilməsinin vacib və prioritet məsələlərdən olduğunu qeyd ediblər.
Sonda xatirə fotosu çəkilib.


