TÜİB Caspian Agro 2025 sərgisində iştirak edir.
TÜİB Caspian Agro 2025 sərgisində iştirak edir.
Dərc Edildi
19 may 2025
Bu il 13-16 may tarixlərində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro 2025 çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) olaraq stendimizlə iştirak edirik. Sərgidə iştirakımızın əsas məqsədi birliyimizin fəaliyyətini daha geniş auditoriyaya tanıtmaq, yeni əlaqələr qurmaq və potensial üzvlərlə birbaşa ünsiyyət yaratmaqdır.
Sərgi çərçivəsində TÜİB-in üzvü olan bir neçə şirkətin stendləri də ziyarət olunmuş, onların fəaliyyəti, məhsul və xidmətləri ilə yaxından tanışlıq aparılmışdır. Üzvlərimizin bu cür nüfuzlu beynəlxalq tədbirlərdə fəal iştirakı həm onların biznes imkanlarının genişlənməsinə, həm də Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının möhkəmlənməsinə töhfə verir.

.jpeg)

.jpeg)
.jpeg)