Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB-də türkiyəli iş adamları ilə görüş keçirilib – FOTOLAR

 TÜİB-də türkiyəli iş adamları ilə görüş keçirilib – FOTOLAR

TÜİB-də türkiyəli iş adamları ilə görüş keçirilib – FOTOLAR

Dərc Edildi
11 iyul 2019

Türkiyənin Çerkezköy Ticarət və Sənaye Palatasının (Çerkezköy TSO) rəhbərliyi  Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyini (TÜİB) ziyarət edib. 

İyulun 9-da TÜİB-in ofisində baş tutan görüşdə Çərkəzköy TSO Məclisinin sədri Hacı Mehmet Erdoğan ilə İdarə Heyətinin sədri Süleyman Kozuvanın rəhbərlik etdiyi və 25-dən çox şirkət rəhbərinin daxil olduğu heyət TUİB İdarə Heyəti sədrinin birinci müavini Savaş Uzan, İdarə Heyəti üzvlərindən Selim Akbay, Erdal Kavuk və Ramiz Əsgəroğlu ilə görüşüb.  

Müzakirələrdən əvvəl Çerkezköy TSO ilə TUİB-in fəaliyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib və məlumat mübadiləsi aparılıb. Görüş zamanı TUİB İdarə Heyətinin üzvləri qonaqların sənaye, energetika, kimya, kənd təsərrüfatı, səhiyyə və s. sahələrlə əlaqədar suallarını cavablandırıblar. 

Söhbətin davamında iş adamları arasında biznes əlaqələrinin qurulması, ixrac və investisiya imkanlarının artırılması, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün biznes-forum və işgüzar görüşlərin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotoları çəkdirilib.  

İyunun-10 da isə TÜİB-ə daxil olan şirkətlərlə Çerkezköy TSO-ya üzv sirkətlərin iştirakı ilə “Business to Business” (B2B) proqramı çərçivəsində işgüzar görüş keçirilib. Görüşlərdə əməkdaşlıq imkanları, bazardakı vəziyyət, investisiya mühiti kimi məsələlər müzakirə edilib və informasiya mübadiləsi aparılıb.