TÜİB Dövlət Miqrasiya Xidməti ilə iş adamlarının görüşünü keçirdi
TÜİB Dövlət Miqrasiya Xidməti ilə iş adamlarının görüşünü keçirdi
20 fevral 2019
“World Business Center”də TÜİB üzvləri il Dövlət Miqrasiya Xidmətinin rəisi arasında görüş keçirilib.
İş adamlarını maraqlandıran əsas problemli məsələlərin müzakirə edildiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, TÜİB başqanı Hüseyin Büyükfırat, Türkiyənin Azərbaycandakı səfirliyin nümayəndələri – müstəşar Volkan Öskiper, ticarət müşaviri Ahmet Ataker, təhsil müşaviri Mahmut Ağırman, təhlükəsizlik müşaviri Mehmet Tomruk, iqtisadiyyat müşaviri Can Memduh Erdem, TÜİB üzvləri və iş adamları iştirak edib.
Tədbiri açılış sözü ilə başlayan TÜİB başqanı Hüseyin Büyükfırat Azərbaycan və Türkiyə iş adamları arasındakı əlaqələrin kifayət qədər güclü və dayanıqlı olduğunu, günü-gündən daha da inkişaf etdiyini söyləyib. İş adamlarının biznes sahələrini daha da inkişaf etdirmək üçün sağlam mühit formalaşdırılmasının labüdlüyünü qeyd edən Büyükfırat, Dövlət Miqrasiya rəhbərinin görüşünün və iş adamları ilə dialoqunun bu istiqamətdə faydalı olacağını bildirib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək, qurumun hər zaman iş adamlarına dəstək olduğunu,uyğun qanuni prosedurlar çərçivəsində sahibkarların problemlərinin diqqətdə saxlanıldığını və mövcud problemlərin aradan qaldırılması istiqamətində işlərin davamlı olaraq aparıldığını qeyd edib.
Daha sonra iş adamlarının sualları və problemləri dinlənilib. Miqrasiya Xidmətinin rəisi verilən sualları cavablandırıb və problemli məsələlərdən çıxış istiqamətində tövsiyyələrini verib.