TUİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Teleradio Akademiyasında
TUİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Teleradio Akademiyasında
Dərc Edildi
3 mart 2021
2021-ci il martın 3-də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Teleradio Akademiyasının rektoru Faiq Hüsiyev Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat ilə görüşüb.
Görüşdə Teleradio Akademiyasında tədris prosesi ilə bağlı yeniliklər, studiyalara texniki dəstəyin göstərilməsi, Türkiyənin digər universitetləri ilə əlaqələrin yaradılması imkanları və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.