Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB-in İnşaat və İnşaat Materialları Komissiyası fəaliyyətə başladı

TÜİB-in İnşaat və İnşaat Materialları Komissiyası fəaliyyətə başladı

TÜİB-in İnşaat və İnşaat Materialları Komissiyası fəaliyyətə başladı

Dərc Edildi
7 avqust 2025
TÜİB-in İnşaat və İnşaat Materialları Komissiyası fəaliyyətə başladı Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İnşaat və İnşaat Materialları Komissiyası 6 avqust 2025-ci il tarixində keçirilən ilk toplantı ilə rəsmi olaraq fəaliyyətə başladı. Toplantıya TÜİB-in üzv şirkətlərindən olan Unilegal Consulting MMC ev sahibliyi etdi. İclasda TÜİB İdarə Heyətinin üzvləri – Kartaş MMC şirkətinin baş direktoru Necmeddin Taşbağ, Azvirt MMC-nin layihə koordinatoru Selim Akbay, Tar Sa Yapı Group-un təsisçi-direktoru Yılmaz Nalkıran, həmçinin inşaat sektorunda fəaliyyət göstərən digər TÜİB üzvləri və birlik katibliyi iştirak etdilər. Toplantı zamanı yeni yaradılmış komissiyanın məqsəd və hədəfləri ətraflı şəkildə təqdim olundu. Komissiyanın əsas məqsədi – Azərbaycanın inşaat sektorunun inkişafına töhfə vermək, sektor daxilindəki aktual problemləri müzakirə edərək həll yolları tapmaq, Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatmaq, yerli və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və üzv şirkətlərin daha effektiv şəkildə koordinasiyasını təmin etməkdir. Komissiya çərçivəsində sektorla bağlı aktual mövzularda mütəmadi müzakirələrin təşkili, inşaat sahəsindəki yeniliklərin bölüşülməsi, texniki və hüquqi məsələlərin dəyərləndirilməsi, habelə üzvlər arasında təcrübə mübadiləsinin artırılması nəzərdə tutulur. Görüş interaktiv şəkildə davam edərək iştirakçıların öz şirkətlərini təqdim etməsi, sahə üzrə fəaliyyət istiqamətləri və komissiyadan olan gözləntilərini ifadə etmələri ilə daha da məhsuldar keçdi. Fikir mübadiləsi zamanı inşaat sektorunun inkişafı üçün birgə layihələrin və təşəbbüslərin vacibliyi vurğulandı. TÜİB olaraq inşaat və inşaat materialları sahəsində yaradılan bu komissiyanın gələcəkdə sektorun daha da güclənməsinə, üzvlər arasında əməkdaşlığın dərinləşməsinə və Azərbaycanın tikinti sahəsində beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcəyinə inanırıq.
TÜİB-in İnşaat və İnşaat Materialları Komissiyası fəaliyyətə başladı