TÜİB nümayəndə heyəti işğaldan azad edilən torpaqlarda, Cocuq-Mərcanlıda oldular
TÜİB nümayəndə heyəti işğaldan azad edilən torpaqlarda, Cocuq-Mərcanlıda oldular
7 avqust 2017
Avqustun 5-də “Türkiyə və Azərbaycan İşadamları ve Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbərliyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında - Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar. Səfər zamanı TÜİB üzvləri yerli əhali, icra hakimiyyəti rəhbərliyi və digər şəxslərlə görüşüb, qəsəbədəki vəziyyətlə tanış olublar.
Səfərdə təşkilatı TÜİB sədrin 1-ci müavini Hüseyin Büyükfırat , TÜİB-in Kənd Təsərrüfatı və Heyvandarlıq Komissiyasının Sədri Ahmet Bennan Batur və birliyin Nəqliyyat və loqistika Komissiyasının sədri Seyfullah İlyas təmsil edib.
TÜİB sədri Ali İhsan Genç bildirib ki, TÜİB Azərbaycanın işğaldan azal edilmiş ərazilərin dirçəldilməsinə öz tövhəsini vermək istəyir və bu baxımdan Cocuq-Mərcanlıya edilən səfərin xüsusi əhəmiyyəti var:
«1991-ci ildə Müstəqilliyə ilk addım atıldığı gün Azərbaycana gələn Türkiyəli iş adamları idi. O günlərdəki bütün risqlərə və problemlərə rəğmən Türkiyəli İş adamları, Sənayeciləri və İdarəçiləri bütün gücləri ilə Azərbaycan İqtisadiyyatının güclənməsi üçün çalışıblar. Bu ərəfədə ən böyük qazancımız bilgi və təcrübəmizi bölüşərək birlikdə böyüdüyümüz Azərbaycanlı qardaşlarımız oldu.
İndi bir başqa vəzifəmiz var, çox yaxın bir gələcəkdə azad ediləcəyinə inandığmız Qarabağın qısa zamanda iqtisadiyyatının aktiv hala gətirilməsi üçün lazımlı hazırlıqları hayata keçirmək. Bunları edə biləcək gücdəyik. Bunu yerinə yetirsək millətimizə olan borcumuzu ödəyə biləcəyik».
Elə bu məqsədlə “Cocuq Mərcanlı”ya səfər edən TÜİB Heyəti daha geniş bir tərkiblə , Cəbrayıl rayon İcra Başçısının müavini Arif Fərzəliyevlə, önümüzdəki günlərdə isə Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi, Türkiyə Səfirliyi , o cümlədən müvafiq qurumlarla görüşlər olacaq. Məqsəd Cocuq Mərcanlının iqtisadi cəhətdən dirçəlməsinə edilə biləcək köməkliklərlə bağlı təklifləri hazırlamaqdır.




