TÜİB nümayəndə heyəti Vergilər Nazirinin müavini İlkin Vəliyevlə görüşüb
TÜİB nümayəndə heyəti Vergilər Nazirinin müavini İlkin Vəliyevlə görüşüb
11 iyul 2017
“Türkiyə və Azərbaycan İşadamları ve Sənayeçilər İctimai Birliyi” (TÜİB) son vaxtlar bir çox sahədə aparılan islahatlarla yanaşı “ Vergi Qanunvericiliyi” sahəsində aparılan islahatlara da öz tövhəsini verməyə davam edir. Hazırda TÜİB-ə üzv olan bir sıra idarəçilər, həmçinin də dəvət olunan mütəxəssislərdən ibarət “Dövlət orqanlarına qanunvericiliklə bağlı dəstək daimi komissiyası”, Vergi Qanunvericiliyinə edilən son islahatları dəyərləndirib və öz təkliflərini irəli sürüb.
TÜİB tərəfindən hazırlanan təkliflər paketi, 04 İyul 2017 tarixində Vergilər Nazirinin Müavini cənab İlkin Vəliyev , Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə , Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva və onun müavini Nicat İmanovun iştirakı ilə keçirilən dəyirmi masada geniş müzakirə olunub. Müzakirələrdə TÜİB-i Azersun Holding, Axa Mbask, BASF Caspian, Coca Cola, Yapı Kredi Bank, Caspian Legal Center kimi qurumlar təmsil ediblər.
Qeyd edək ki, bu çalışmada məqsəd, aparılan islahatların icrası prosesində ortaya çıxacaq problemlərin ən minimum səviyyəyə endirilməsi, “Millətimiz və Dövlətimiz varsa biz də varıq” anlayışında olan sahibkarlar ilə dövlətimiz arasındakı əlaqələrin gücləndirilməsidir.