Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86 5 86
Mobil Telefon +994 (51) 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (12) 497 15 86
Mobil Telefon +994 (51) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB olaraq ADEX 2026 sərgisini ziyarət etdik

TÜİB olaraq ADEX 2026 sərgisini ziyarət etdik

TÜİB olaraq ADEX 2026 sərgisini ziyarət etdik

Dərc Edildi
5 oktyabr 2026

30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi müdafiə sənayesi, hərbi texnologiyalar və beynəlxalq əməkdaşlıq baxımından regionun mühüm platformalarından birinə çevrildi.

TÜİB olaraq sərgidə iştirak edən üzv şirkətlərimizin stendlərini ziyarət etdik, onların təqdim etdiyi məhsul və texnologiyalarla tanış olduq, yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq.

Sərgi çərçivəsində TÜİB üzvləri ASELSAN və Azərsun Holding-in stendlərini də ziyarət edərək şirkətlərin fəaliyyət istiqamətləri və təqdim etdikləri həllər barədə məlumat aldıq. Xüsusilə qeyd etmək lazımdır ki, ADEX 2026 çərçivəsində ASELSAN ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair mühüm addımlar atılıb. ASELSAN, ASELSAN Bakı və NOVASIS arasında Naxçıvanda strateji istehsal müəssisəsinin yaradılmasına yönəlmiş niyyət razılaşması imzalanıb.

Həmçinin Azərbaycan Müdafiə Nazirliyi ilə ASELSAN arasında ALP 100 çoxfunksiyalı AESA hava müşahidə radar sistemləri ilə bağlı çərçivə razılaşması imzalanıb. ADEX 2026-nın TÜİB üçün digər əhəmiyyətli tərəfi isə sərginin TÜİB üzvü ITECA Caspian tərəfindən təşkil olunmasıdır. TÜİB olaraq üzvlərimizin belə mühüm beynəlxalq platformalarda təmsil olunmasını və onların yeni biznes əlaqələri qurmasını xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri hesab edirik.

TÜİB olaraq ADEX 2026 sərgisini ziyarət etdik
TÜİB olaraq ADEX 2026 sərgisini ziyarət etdik
TÜİB olaraq ADEX 2026 sərgisini ziyarət etdik
TÜİB olaraq ADEX 2026 sərgisini ziyarət etdik