Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

TÜİB rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

TÜİB rəhbərliyi Türkiyə səfiri ilə görüşüb

Dərc Edildi
20 dekabr 2018

 

   Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) yeni seçilmiş İdarə Heyətinin üzvləri dekabrın 20-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüblər. Türkiyə səfirliyində keçirilən görüşdə səfir Özoral TÜİB-in fəaliyyətini yüksək qiymətləndirərək, qurumun Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinə və iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

   TÜİB sədri Hüseyin Büyükfırat bildirib ki, rəhbərlik etdiyi qurum qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində fəaliyyətini ardıcıllıqla davam etdirəcək, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün bütün imkanlarından istifadə edəcək.

  Qeyd edək ki, Qeyd edək ki, noyabrın 24-də «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər» İctimai Birliyinin (TÜİB) 3-cü Dönəm Seçkili Ümumi Yığıncağı keçirilib. Toplantıda TÜİB-in fəaliyyəti, yarandıqdan bəri apardığı işlər və həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib, qarşıdakı planları müzakirə edilib.

Tədbrdə TÜİB-in rəhbərliyi, idarəedici və nəzarət qurumlarının üzvləri seçilib, qurumun nizamnaməsinə dəyişikliklər müzakirə olunub. 

Ümumi Yığıncağın sonunda TÜİB üzvləri Hüseyin Büyükfıratı yekdilliklə, yenidən İdarə Heyətinin sədri seçiblər.