TUİB üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
TUİB üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
5 oktyabr 2017
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) İdarə Heyəti Fəxri Xiyabanı ziyarət edib. Təşkilat üzvləri Ulu Öndər Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.
TUİB sədri Hüseyin Büyükfıratın rəhbərlik etdiyi, təşkilat üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış və sovet qoşunları tərəfindən qətlə yetirilmiş şəhidlərin xaritəsini yad edib, onların məzarlarına gül dəstələri qoyublar.
Bundan başqa Bakının işğaldan azad olmasının 99-cu ildönümü münasibətilə ucaldılan Türk Şəhidliyi abidəsi ziyarət olunub.



















