TÜİB üzvü olan "Coca-Cola" FİFA Dünya Kubokunu Azərbaycana gətirib
TÜİB üzvü olan "Coca-Cola" FİFA Dünya Kubokunu Azərbaycana gətirib
9 fevral 2018
FIFA Dünya Çempionatının kuboku TÜİB üzvü olan Coca-Cola şirkəti ilə bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA birgə əməkdaşlığı çərçivəsində Azərbaycana gətirilib. Kubokun ölkəmizə səfəri Coca-Cola-nın xüsusi təyyarəsi ilə həyata keçirilib.
Futbol üzrə dünya kubokunun Bakıya gətirilməsi ilə əlaqədar Fransa millisinin tanınmış futbolçularından olmuş Kristyan Karanbö da ölkəmizdə səfərdədir.
Qeyd edək ki, kuboku futbol azarkeşləri “Gənclik Mall” ticarət mərkəzində, saat 13:00-dan 19:00-dək yaxından görmək imkanı əldə edəcək.