TÜİB üzvü olanTürk Hava Yolları ən yeni geniş gövdəli Airbus-lar alır
TÜİB üzvü olanTürk Hava Yolları ən yeni geniş gövdəli Airbus-lar alır
Dərc Edildi
6 yanvar 2018
Türk Hava Yolları Fransanın Airbus şirkətindən 25 ədəd təyyarə alır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Macronun dəvəti ilə dünən Fransada səfərdə olub.
Səfər çərçivəsində Airbus və Türk Hava Yolları arasında "danışıqlara başlamaq məqsədilə" memorandum imzalanıb. Alınacaq təyyarələr A350-900 model təyyarələr olacaqdır.
A350-900 Airbus-ın ən yeni geniş gövdəli təyyarəsidir. /marja/