Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

“Türk Hava Yolları” yeni “Airbus” və “Boeing” təyyarələrinin alınmasına dair sazişlər imzalayıb

“Türk Hava Yolları” yeni “Airbus” və “Boeing” təyyarələrinin alınmasına dair sazişlər imzalayıb

“Türk Hava Yolları” yeni “Airbus” və “Boeing” təyyarələrinin alınmasına dair sazişlər imzalayıb

Dərc Edildi
15 mart 2018

 “Türk Hava Yolları” aviaşirkəti 60 geniş gövdəli təyyarə alacaq.

 

Bu barədə “Türk Hava Yolları” aviaşirkəti məlumat yayıb. Bildirilib ki, təyyarələrin 10-u opsion çərçivəsində alınacaq. Hava gəmilərinin 6-sı 2019-cu ildə, 14-ü 2020-ci ildə, 10-u 2021-ci ildə, 12-si 2022-ci ildə, 11-i 2023-cü ildə, 7-si isə 2024-cü ildə şirkətə təhvil veriləcək. Aviaşirkət 30 “Boeing 787-9” (onlardan 5-i opsion çərçivəsində) və 30 “Airbus A350-900” (onlardan 5-i opsion çərçivəsində) əldə edəcək.

“Airbus” şirkəti ilə müvafiq niyyət protokolu Parisdə Yelisey Sarayında imzalanıb. İmzalanma cari ilin yanvar ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya rəsmi səfəri çərçivəsində və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş verib. 2017-ci ilin sentyabr ayında isə Prezident Ərdoğanın BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka səfəri zamanı “Boeing” və “Türk Hava Yolları” şirkətləri “Boeing 787 Dreamliner” təyyarələrinin alınması ilə bağlı planlarını açıqlayıb.