Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

“Türk Hava Yolları”ndan Azərbaycanda yeni endirim kampaniyası!

“Türk Hava Yolları”ndan Azərbaycanda yeni endirim kampaniyası!

“Türk Hava Yolları”ndan Azərbaycanda yeni endirim kampaniyası!

Dərc Edildi
18 yanvar 2018

  Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai birliyinin üzvü olan "Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib. Kampaniya çərçivəsində İstanbuldan Bakıya, Gəncəyə və Naxçıvana, həmçinin əks istiqamətə olan aviabiletlər endirimli qiymətlərlə təklif olunur.

Səyyah.az turizm portalının xəbərinə görə kampaniya çərçivəsində Bakı-İstanbul-Bakı aviareysi üzrə biletin qiyməti 169 avrodan, Gəncə-İstanbul-Gəncə və Naxçıvan-İstanbul-Naxçıvan aviareysi üzrə isə 119 avrodan başlayır. Bundan başqa, İstanbul-Bakı-İstanbul aviareysi üzrə biletin minimal qiyməti 167 ABŞ dolları, İstanbul-Gəncə-İstanbul və İstanbul-Naxçıvan-İstanbul aviareysi üzrə isə 106 ABŞ dolları təşkil edir. Sözügedən qiymətlərə 30 kq baqaj və 8 kq əl yükü daxildir. Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlər ilə 15 yanvar – 10 iyun tarixləri ərzində səyahət etmək mümkündür. Kampaniyanın qaydalarına əsasən, biletlər səyahət tarixindən minimum 5 gün əvvəl alınmalıdır.@marja