Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türk Hava Yollarından kampaniya – TÜRKİYƏYƏ YENİ QİYMƏTLƏR

Türk Hava Yollarından kampaniya – TÜRKİYƏYƏ YENİ QİYMƏTLƏR

Türk Hava Yollarından kampaniya – TÜRKİYƏYƏ YENİ QİYMƏTLƏR

Dərc Edildi
1 oktyabr 2019

 Türk Hava Yolları azərbaycanlı sərnişinlər üçün Wingo kampaniyasına start verib.

FED.az xəbər verir ki, Aviaşirkətdən TED.az-a verilən məlumata görə, kampaniya çərçivəsində Bakı, Gəncə və Naxçıvandan Türkiyənin İstanbul və Ankara şəhərlərinə endirimli qiymətlərlə səfər etmək imkanı yaranıb.

Qeyd edək ki, kampaniya çərçivəsində Bakıdan İstanbul və Sabiha Gökçen hava limanlarına biletlərin qiyməti müvafiq olaraq, 179 və 159 avro təşkil edir. Bakı-Ankara istiqamətində uçuşun qiyməti isə 159 avrodur.

Gəncə və Naxçıvandan olan uçuşlar İstanbul hava limanınadır və hər iki şəhərdən olan uçuşların qiyməti 129 avrodur.

Qeyd edək ki, təklif olunan qiymətlər gediş-qayıdış üçün nəzərdə tutulub və vergilər də qiymətə daxildir.

Kampaniya çərçivəsində tətbiq olunan endirimli biletləri 30 sentyabr – 14 oktyabr tarixlərində əldə etmək olar. Səyahət tarixləri isə 21 oktyabr 2019 – 31 mart 2020-ci illəri əhatə edir. Bundan başqa, bütün biletlərdə baqaj haqqı 30 kq-dır.