Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türk Tarix Qurumunun sədri Refik Turan TÜİB-in dəvəti ilə Bakıda oldu

 Türk Tarix Qurumunun sədri Refik Turan TÜİB-in dəvəti ilə Bakıda oldu

Türk Tarix Qurumunun sədri Refik Turan TÜİB-in dəvəti ilə Bakıda oldu

Dərc Edildi
8 fevral 2019
 
Türkiyədən tanınmış qonaqlar - Türkiyə Tarix Qurumu başqanı professor Refik Turan və Türkiyə Əsnaf və Sənətkarlar Dərnəyinin (ESDER) Başqanı Mahmut Çelikus ötən həftə Bakıda səfərdə olub. Səfər “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) və onun başqanı Hüseyin Büyükfıratın dəvəti ilə gerçəkləşdirilib.
 
Səfərlə bağlı təəssüratlarını TÜİB-in internet səhifəsi ilə bölüşən professor Refik Turan bildirib ki, bu onun Bakıya ilk səfəri deyil, əvvəllər daha 3 dəfə Azərbaycan paytaxtında olub və hər dəfə şəhərin necə inkişaf etməsinin şahididir. 
Tanınmış tarixçinin bu dəfəki səfəri Azərbaycan-Türkiyə elmi-tarixi araşdırmaları çərçivəsində TÜİB-in dəvəti ilə həyata keçirilib. R.Turan bildirib ki, əvvəlki səfərlərdə daha çox rəsmi görüşlər olsa da, bu dəfə səfər ictimai xarakter daşıyıb: «Çoxsaylı qurumlarda görüşlər keçirildi, Diyanət İşləri təmsilçiliyi, Yunis Əmrə təmsilçiliyi, onun nümayəndələri, səfirlik və TÜİB nümayəndələri ilə görüşdük».  Səfər zamanı tarixçi Azərbaycanın tarixi məkanları, o cümlədən İçərişəhərdə olaraq buradakı tarixi yerlərlə tanış olub, buradan böyük təəssüratlarla ayrılıb. 
 
Azərbaycanla Türkiyəni bağlayan tarixi qollara toxunan professor, bu əlaqələrin böyük tarixi olduğunu, son 100 ildə isə daha da gücləndiyini bildirib. Onun sözlərinə görə, çoxsaylı əlaqələrə baxmayaraq Azərbaycan Türkiyə əlaqələri ilə bağlı araşdırılacaq tarixi məqamlar hələ çoxdur. Bunlardan biri də «Sarıqamış» hərəkatıdır. Bu hadisə faciəvi olsa da, sonda yenə də Azərbaycan-Türkiyə qardaşlığının bir parlaq səhifəsidir. 
 
Türkiyənin Əsnaf və Sənətkarlar Dərnəyi (ESDER) Başqanı Mahmut Çelikus isə bildirir ki, təmsil etdiyi təşkilat 1997-ci ildə əsnaf və sənətkarların hüquqlarının qorunması və onların bir təşkilatda birləşdirilməsi məqsədilə yaradılıb. Qeyd edək ki, əsnaf – 1-10 işçisi olan kiçik sahibkarlardır. Hazırda ESDER təşkilatının Türkiyədə 10 500 üzvü, eləcə də başqa ölkələrdə də təmsilçiliyi var. 
 
Təşkilatın əsas işi də Türkiyə iqtisadiyyatında öz xüsusi yeri olan kiçik sahibkarların  - əsnafların dəstəklənməsi, onların hüquqlarının qorunması, onların daha yaxşı şəraitə işləəsinin təmin edilməsi və onların dəstəklənməsidir. 
 
M.Çelikus bildirir ki, əsnaflar və sənətkarlar təkcə iş adamı və iqtisadiyyatın bir hissəsi deyil, insanlar arasında münasibətlərin qorunub saxlandığı tarixi bir elementdir. Qeyd edək ki, Türkiyədə əsnaf adlandırılan iş adamları Azərbaycanda mikro sahibkar sayılır. ESDER rəsmis  bildirir ki, təşkilat bu sahədəki təcrübəsini ehtiyac olarsa Azərbaycanla da bölüşməyə hazırdır. 
 
Səfər çərçivəsində qonaqlarla çoxsaylı görüşlər keçirilib, onlara Azərbaycan tarixi, iqtisadiyyat və digər məsələlərlə bağlı geniş məlumatlar  verilib. Türkiyəli qonaqların səfəri haqqında geniş reportaj TÜİB-in «İş Dünyamız» dərgisində dərc ediləcək.