Türkiyə Kənd təsərrüfatı Nazirliyinin əməkdaşları TÜİB-i ziyarət edib
Türkiyə Kənd təsərrüfatı Nazirliyinin əməkdaşları TÜİB-i ziyarət edib
9 mart 2017
Fevralın 23 –də Bakıda keçiriləcək Azerbaycan-Türkiyə Biznes Formunda iştirak etmek üçün ölkəmizə gələn nümayəndə heyəti TUİB-in ofisini ziyarət edib. Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsini müdürü Ali Recep Nazlının başçılıq etdiyi heyət TÜİB –in İdarə Heyətinin Üzvləri ilə görüşüb. Tədbirdə kənd təsərrüfatı sahəsində Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələrdən bəhs olunub, Azərbaycanda mövcud olan biznes mühiti haqqında qonaqlara geniş məlumat verilib. Görüş zamanı Azərbaycanda kənd təsərrüfatı sahəsində təcrübəli mütəxəssislərin yetişdirilməsi və bu sahədə Türkiyənin təcrübələrindən yararlanmağın önəmindən bəhs olunub.




