Türkiyə Respublikasının Kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi və Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlıda
Ana Səhifə

Dərc Edildi
20 may 2022
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi və Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən suvenir istehsalı müəssisəsində olublar.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov müəssisə barədə məlumat veriblər.
Qeyd olunub ki, suvenir istehsalı müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu, TÜİB, KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb.
Burada əsasən milli ornamentlərə əsaslanan hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və s. məhsullar istehsal olunacağı barədə məlumat verilib.