Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər (TÜİB) İctimai Birliyi İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva ilə görüşüb.

Dərc Edildi
16 sentyabr 2024
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər (TÜİB) İctimai Birliyi İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva ilə görüşüb. Hüseyin Büyükfırat TÜİB-in fəaliyyət istiqaməti, ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verib, kənd təsərrüfatı sahəsində o cümlədən toxumçuluğun inkişafı ilə bağlı Türkiyə təcrübəsinin təşviqi işində Azərbaycan Toxumçular Assosiasiyası ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib. Görüşdə aqrar sahədə Assosiasiya və TÜİB arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Mədinə Əliyeva aqrar sahədə Azərbaycanda aparılan islahatlar, görülən işlər, fermerlərə göstərilən elektron xidmətlər və prioritet hədəflər barədə məlumat verib. Qeyd olunub ki, aqrar sektorun müxtəlif sahələrinə dair proqramların icrası davam edir. Ölkədə məqsədyönlü islahatlar həyata keçirilir, nəticədə digər sahələr kimi, aqrar sektor da öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir. Görüşdə iki ölkə arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmış, birgə əməkdaşlıq haqqında memorandum imzalanması ilə bağlı razılıq əldə olunmuşdur.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər (TÜİB) İctimai Birliyi İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva ilə görüşüb.