Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir
Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir
29 oktyabr 2017
Birinci dünya Savaşından sonra Antanta dövlətləri tərəfindən İstanbul, İzmir və digər Osmanlı torpaqlarının işğalı Türk Milli Hərəkatının ortaya çıxmasını şərtləndirib.
Çanaqqala savaşının qəhrəmanlarından olmuş Mustafa Kamal Atatürkün rəhbərliyi altında 19 may 1919-cu ildə Samsun hərəkatı ilə Qurtuluş Savaşı başlayıb. 18 sentyabr 1922-ci ildə bütün düşmən hərbi qüvvələri ölkədən qovulub. 24 iyul 1923-cü ildə imzalanan Lozanna sülh müqaviləsi ilə Türkiyə Cümhuriyyəti beynəlxalq səviyyədə tanınıb. 29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edilib. Bununla əlaqədar hər il oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir. Mustafa Kamal Atatürk bu günü ən böyük bayram olaraq dəyərləndirib.
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edir...