Türkiyədə inflyasiya - TƏKRƏQƏMLİ SƏVİYYƏYƏ DÜŞDÜ
Türkiyədə inflyasiya - TƏKRƏQƏMLİ SƏVİYYƏYƏ DÜŞDÜ
Dərc Edildi
3 oktyabr 2019
Türkiyədə istehlakçı qiymətləri indeksi 2019-cu ilin Sentyabr ayında əvvəlki ayla müqayisədə 0,99%,ötən ilin Dekabr ayı ilə müqayisədə 8,42%, ötən ilin eyni ayı ilə müqayisədə 9,26% və on iki aylıq hesablamada isə 18,27% artıb.
FED.az xəbər verir ki, Türkiyədə istehlak qiymətləri indeksi (inflyasiya) Sentyabr ayında illik 9,26% artıb. Proqnoz 9,6% idi.
Aylıq inflyasiya isə 0,99% təşkil edib. Proqnoz 1,3% idi.
İllik inflyasiya 2017-ci ildən bəri ilk dəfə təkrəqəmli səviyyəyə düşüb.
